Qripdən tez qurtulmaq üçün bunları edin

saytların hazırlanması

Evə çatdırılma

Qripdən tez qurtulmaq üçün bunları edin

Sağlamlıq

08 Fevral 2025 12:56 845


Əhali arasında qripə yoluxma halları xeyli artıb. Bəs xəstəliyi yüngülləşdirmək, hətta ondan daha tez qurtulmaq üçün nə etməliyik?

Yenisabah.az xəbər verir ki, mütəxəssislər sürətli sağalmanın yolunun sağlam qidalanmadan keçdiyini bildiriblər. Xüsusilə, bu dövrdə bol C vitamini istehlak etmək tövsiyə olunur.

Xəstəliyin yüngül keçməsi və qripdən tez sağalmaq üçün ilk növbədə düzgün qidalanmaya diqqət yetirmək vacibdir. Bədənin sürətli bərpası üçün xüsusilə C vitamini mühüm rol oynayır. Portağal, naringi, limon və yaşıl bibər C vitamini ilə zəngindir və immun sistemini gücləndirərək sağalma prosesini sürətləndirir. İtburnu və zəncəfil də olduqca faydalıdır. pizza sifarişi

Bitki çayları içməyə diqqət edin, bol maye qəbul etməyi və istirahət etməyi unutmayın. Soğan, sarımsaq və turp da xəstəliklə mübarizədə güclü təsirə malikdir. Xüsusilə sarımsaq həm C vitamini ilə zəngindir, həm də antiseptik xüsusiyyətləri ilə immuniteti gücləndirir. Zəncəfil isə orqanizmi dəstəkləyən müalicəvi xüsusiyyətlərə malikdir.

Aytac Şahin

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!