“Ermənistan hakimiyyəti avropalı müşahidəçilərin imkanlarını genişləndirməyi təklif edir”.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
TŞ katibi qeyd edib ki, hazırda Ermənistan hakimiyyəti Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. pizza sifarişi
“Ermənistan sərhədində hazırkı missiyanın iştirakçılarının sayı kifayət qədər deyil. Tərəfdaşlara müşahidəçilərin daha səmərəli işləməsi üçün digər imkanları genişləndirməyi təklif edirik. Paris Laçın dəhlizi məsələsinin həllinə böyük maraq göstərir”, – deyə Qriqoryan əlavə edib.
Ermənistan rəsmisi bəyan edib ki, Fransa Ermənistana ölkənin təhlükəsizliyi ilə bağlı problemlərin həllində və Qarabağ məsələsində kömək edə bilər.
Telegram kanalımız