Ermənistan çox yaxşı başa düşür ki, həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
O qeyd edib: "Üstəlik, bu məsələ ilə bağlı qərarı, əlbəttə ki, Ermənistan vətəndaşları verəcək. Hazırda belə bir ehtiyac yoxdur". pizza mizza
Qriqoryan vurğulayıb ki, Ermənistan Aİİ-in tamhüquqlu üzvüdür, konstruktiv əməkdaşlıq edir və müzakirələrdə və qərar qəbuletmə proseslərində tam iştirak edir.
Xatırlatma: mayın 9-da Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, İrəvan Aİ və ya Aİİ-ə qoşulmaq məsələsinə mümkün qədər tez qərar verməlidir, onda "ağıllı boşanma" mümkün olacaq.
Telegram kanalımız