Qriqoryan: Bu məsələni başqa formatda müzakirə etməyəcəyik

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan: Bu məsələni başqa formatda müzakirə etməyəcəyik

Rəsmi

21 İyun 2023 15:20 1238


"Nəqliyyat blokadasının açılması prosesi Yerasx(Arazdəyən)-Horadiz dəmir yolunun yenidən işə salınması ilə başlayacaq

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O bildirib: "Mühüm konsensus var ki, blokadanın açılması prosesi Yerasx(Arazdəyən)-Horadiz dəmir yolunun yenidən işə salınması ilə başlayır. Məncə, bu, vacibdir, çünki söhbətin nədən, yəni dəmir yolundan getdiyi aydındır". Dominos pizza

M. Qriqoryan əlavə edib: "Düşünürəm ki, tənzimləmə dəmir yolunun keçəcəyi ölkələrin yurisdiksiyası və suverenliyi altında olmalıdır. Bu, çox mühüm və əsaslı razılaşmadır. Digər məsələlərlə bağlı təfərrüatları açıqlamayacağam, çünki hələlik yekun konsensus yoxdur.

Mən belə hesab edirəm, çünki dəfələrlə bildirmişik ki, bu məsələni başqa formatda müzakirə etməyəcəyik. Buna baxmayaraq, hələ də müzakirələr və görüşlər davam edirsə, o zaman bu qavrayış bizim üçtərəfli işçi qrupumuzun platformasının ən azı bütün iştirakçıları tərəfindən paylaşılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!