Ermənistan təhlükəsizlik və xarici siyasətini şaxələndirir.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O deyib: "Ermənistan xarici siyasətdə tərəddüd etmir. O, təhlükəsizlik və xarici siyasətini şaxələndirir. Biz bunu açıq şəkildə, siyasi mesajlar və hərəkətlərlə edirik". Pepperoni pizza
Qriqoryanın sözlərinə görə, şaxələndirmə təkcə Qərbi deyil, Hindistanı və bir sıra digər ölkələri də əhatə edir:
"2020-2021-ci illərdən əvvəl bir hissəsi olduğu təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Siyasətimizdə qətiyyətliyik və bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq".
Telegram kanalımız