Qriqoryan kəskin addımlar atılmasına qarşıdır - İddia

saytların hazırlanması

Evə çatdırılma

Qriqoryan kəskin addımlar atılmasına qarşıdır - İddia

Dünya

07 Mart 2024 11:41 535


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı kəskin addımların atılmasını mənfi qiymətləndirib.

Yenisabah.az xəbər verir ki, bu, “Hraparak“ nəşrinin iddiasıdır.

Erməni qəzeti yazıb ki, martın 6-da parlamentində Ermənistanın Aİ-yə müraciəti ilə bağlı “Vətəndaş müqaviləsi” deputatlarının iştirakı ilə qapalı iclas keçirilib. Toyuqlu pizza

İclasda Armen Qriqoryan qeyd edib ki, Qərb “Yuxarı Lars” keçid məntəqəsinin erməni logistika şirkətlərinə məxsus yük avtomobillərinin keçidi üçün bağlanması və xarici siyasətin diversifikasiyası nəticəsində Ermənistan üçün yarana biləcək ciddi təhlükəsizlik təhdidləri kimi problemləri həll etməyə hazır olduğunu bildirməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!