Rusiyanın "Utair" aviaşirkəti may ayından başlayaraq Qroznı şəhərindən Azərbaycana müntəzəm reyslər həyata keçirməyi planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov deyib.
Nazir bildirib ki, Bakıya reyslərin işə salınması üçün "Utair" tərəfindən Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə müvafiq müraciət olunub. pizza mizza
Qeyd edək ki, hazırda Azərbaycana "Aeroflot", "Air Arabia", "Air Astana", "Arkia", "Belavia", "FlyAristan", "Turkish Airlines", "Lufthansa" və digər şirkətlər uçuşlar həyata keçirir.
Telegram kanalımız