Quba sakini məhkəmədən şikayət edir: “Uşaqlarımı görə bilmirəm”

saytların hazırlanması

Evə çatdırılma

Quba sakini məhkəmədən şikayət edir: “Uşaqlarımı görə bilmirəm”

Xalqın səsi

19 İyun 2020 17:43 1633


“Doğma övladlarımla görüşə bilmirəm. Məhkəmlərin ədalətsiz qərarları, qanunsuzluqları üzündən uşaqlarımı görə bilmirəm”. 

Bu sözləri Yenisabah.az-a Quba rayon sakini Murad Əliyev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Quba Rayon Məhkəməsinin qərarı ilə on həftə ərzində 2 saat övladları ilə görüşmək hüququ verilib. “Mən uşaqlarımla keçmiş həyat yoldaşımın iştirakı olmadan görüşmək istəyirdim. Çünki hər dəfə keçmiş yoldaşım gələndə problem yaradır ki, bu da uşaqların psixologiyasına mənfi təsir edir. Hətta bir dəfə daşla maşınımın şüşələrini sındırıb. Həmin vaxt uşaqlar da maşında olub. Bununla bağlı polisə müraciət etmişəm. Eyni zamanda məhkəməyə üz tutmuşam. Məhkəmə yolu ilə bu fakt sübuta yetilirib və mənə dəymiş 410 manat məbləğində zərərin ödənilməsi barədə qərar çıxarıb. Sezar pizza

Quba Rayon Məhkəməsinin uşaqlarımla keçmiş həyat yoldaşımın iştirakı olmadan görüşməyimə icazə verməsindən sonra qarşı tərəf  apellyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun sədrliyi ilə baxılan işdə sözün əsl mənasında ədalətsizlik baş verdi. Şəmsəddin Abbasov heç bir əsas olmadan Quba Rayon Məhkəməsinin qərarını ləğv etdi. Mən izah edə bilmədim ki, uşaqlarımla təklikdə, problemsiz görüşmək istəyirəm”, - deyə şikayətçi bildirib.

Murad Əliyevin sözlərinə görə, qarşı tərəf müəyyən üsullarla məhkəməyə təzyiq edir və istəyinə nail olur: “Açıq şəkildə eyham edirlər ki, pul verib sənin xeyrinə olan qərarı ləğv etdirdik. Mən də məhkəmlərin ədalətsizliyini görəndə şübhələnməyə başlamışam. Lakin açığı bu barədə faktım yoxdur. Sadəcə qarşı tərəf belə deyir və onların sözlərindən belə başa düşürəm ki, bütün prosesləri bu üsulla udmaq istəyirlər”.    

Vətəndaş məsələ ilə bağlı Ədliyyə naziri və Məhkəmə hüquq-şurasının sədri Fikrət Məmmədova müraciət edib. Həmçinin Ədliyyə nazirinin müavini Toğrul Musayevin qəbulunda olub. “Hörmətli Toğrul müəllim mənə dedi ki, gəlin sizi barışdırım. Dedim bu adamla mümkün deyil. Toğrul müəllim israr elədi, razılaşdım. Psixoloq göndərdi. Sonradan psixoloq rəy verdi ki, qarşı tərəf barışmağa meylli deyil, yəni onunla ortaq məxrəcə gəlmək mümkün deyil. Mən də bu səbəbdən görüşdə onun iştirakını istəmirəm. Amma məhkəmlər faktiki olaraq hüuqularımı pozur.

Prezident İlham Əliyev bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində islahatlara başlayıb. Təəssüf ki, bəzi hakimlər bu islahatlara kölgə salırlar”, - deyə Murad Əliyev bildirib.

Onun sözlərinə görə, dünən Sumqayıt Apellyasiya Məhkəməsində növbəti proses olub: “Mən məhkəmə təkibinə etiraz elədim. Çünki onların arasında Şəmsəddin Abbasov da var idi. O birinci məhkəmədə ədalətsiz qərar çıxaran adamdır. Niyə mən onun bu dəfə ədalətli olacağına inanmalıyam? Tərkibə etirazımdan sonra proses təxirə salındı.

Təsəvvür edin, xırda bir problem nə qədər böyüdüblər ki, mən bu barədə Prezidentə, Birinci vitse-prezidentə, nazirə, Ombusmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etməli olmuşam. Mən nə istəyirəm ki? Övladlarımla görüş. Həftədə 168 saat var, onun 2 saatını uşaqlarımla görüşməyə imkan vermirlər”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!