Quba-Xınalıq yolunda uçqun

saytların hazırlanması

Evə çatdırılma

Quba-Xınalıq yolunda uçqun

Hadisə

22 İyun 2020 10:13 780


Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda uçqun baş verib.

Yenisabah.az bildirir ki, hadisə yolun 52-ci km-də qeydə alınıb. Dağdan qopan qaya parçaları yola düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Ərazidə qalan vətəndaşlar qayaların bir hissəsini ərazidən uzaqlaşdıraraq yollarına davam ediblər. 

Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin sahə rəisi Bilal Sultanovun APA-ya verdiyi məlumata görə, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yol qaya parçalarından tamamilə təmizlənib.  Toyuqlu pizza

İlkin ehtimala görə, uçquna son günlər yağan intensiv yağışlar səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!