“Qubad İbadoğlu  Fətullah Gülənlə Pensilvaniyada...” – Deputatdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qubad İbadoğlu Fətullah Gülənlə Pensilvaniyada...” – Deputatdan açıqlama

Siyasət

25 İyul 2023 12:50 4237


“Azərbaycan beynəlxalq terrorçulara qarşı mübarizədə iştirak edən və bu prosesə töhfə verən fəal ölkələrdən biridir. 11 sentyabr terror aktından sonra Azərbaycan İraqda, Əfqanıstanda terrorçu qruplara qarşı əməliyyatlarda iştirak etməklə bu mövqeyini dəfələrlə sübut edib”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov ölkədə FETÖ-yə (Fəthullahçı terror təşkilatı) qarşı aparılan mübarizə tədbirləri barədə danışarkən deyib. 

Deputat bildirib ki, Türkiyədə terrorçu təşkilat kimi tanınan FETÖ ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdidlərdən biri hesab olunur. Ona qarşı mübarizədə Türkiyə dövləti çox ciddi addımlar atıb, geniş miqyaslı həbslər həyata keçirib: pizza hut

“Azərbayan və Türkiyə qardaş dövlət, strateji müttəfiqdirlər. Birinə qarşı təhlükə həm də digərinə qarşı deməkdir. Türkiyə Daxili İşlər Nazirliyi Azərbaycan Daxili İşlər Nazirliyinə məlumat verib ki, ölkəmizdə FETÖ üzvləri hələ də mövcudluğunu qoruyub saxlayır, bunları FETÖ-nün tör-töküntüləri də adlandıra bilərik. Çünki onlar vaxtilə müəyyən postlarda oturmuşdular, amma indi elə vəzifələri yoxdur. Lakin gizlicə öz çirkin niyyətlərini həyata keçirə bilirlər”. 

E.Nəsirov qeyd edib ki, DİN-nin xüsusi əməliyyyatı nəticəsində saxlanılan 5 nəfərdən biri – Demokratiya və Rifah partiyasının sədri Qubad İbadoğlunun barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 3 ay 26 gün müddətinə həbs qətimkan qərarı verilib:

“O, əsasən, saxta pulların saxlanılması, satışı kimi məsələlərdə ittiham olunur. Eyni zamanda mətbuatda onun FETÖ ilə əlaqəsini təsdiqləyən məlumatlar da yayıldı. 

Digər 4 nəfərlə birlikdə tərəfdaşlarının da olduğu bildirildi. Bu istiqamətdə istintaq davam edir. Hələki konkret olaraq qeyri-qanuni valyuta dövriyyəsi ilə ittiham olunur. Amma FETÖ ilə əməkdaşlığı da istisna edilmir. Qubad İbadoğlunun dəfələrlə FETÖ təşkilatının başçısı Fəthullah Gülənin yaşadığı Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında olması faktı da nəzərdən keçirilir. 

Hesab edirəm ki, yaxın günlərdə daha dəqiq məlumat əldə edə biləcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!