Bu gün axşam saatlarında Quba rayonu ərazisində 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” “APA”-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.
Bildirilir ki, hadisə həmin vaxt yol kənarında dayanmış kənd sakinləri 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğlu, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğlu və Cavadaov Nail Qədir oğlunun başına gəlib. Müxtəlif bədən xəsarətləri alan hər 3 yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sezar pizza
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız