Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.
Yenisabah.az bildirir ki, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.
Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb. Pepperoni pizza
Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb.
Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Telegram kanalımız