Qubada dağlıq ərazidə baş verən yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Qubada dağlıq ərazidə baş verən yanğın söndürüldü

Hadisə

23 Avqust 2025 20:28 284


Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Pepperoni pizza

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki müdafiə qoşunlarının qüvvələri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!