Qubada mübahisə qanla nəticələndi

saytların hazırlanması

Evə çatdırılma

Qubada mübahisə qanla nəticələndi

Kriminal

30 Yanvar 2019 19:42 1139


Yanvarın 28-də axşam saatlarında Qubanın Digah kənd sakini Rüstəm Kazımovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Elgün Həsənbəyov saxlanılıb. 

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Kazımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Marqarita pizza

Faktla bağlı araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!