Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
YEnisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov saxlanılıb.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb. pizza mizza
Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız