Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Hadisə

08 Fevral 2026 21:48 687


Quba rayonunda qidadan zəhərlənən səkkiz nəfərin vəziyyəti məlum olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Fevralın 8-də saat 14-də zəhərlənmə şübhəsi ilə səkkiz nəfər (iki kişi, altı qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Toyuqlu pizza

Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!