Qubanın Ağçay və Çağacuğ çayları üzərindəki su keçidləri tıxanıb.
“Yeni Sabah” xəbər verir ki, Böyük Qafqaza yağan güclü yğış nətisində Qubanın Tülər kəndinə gedən yolun üzərindəki Ağçay üzərində olan "Keçid körpüsü"nü sel aparıb. Keçid ətrafında yol tam yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətinin birinci müavini, Fövqaladə Hallar Komisiyasının sədri Allahverdi Xudaverdiyev bildirib ki, güclü yağış, Qubanın Xanəgah və Tülər kəndinə gedən yollarda problem yaradıb. pizza mizza
Rayonun Xanəgah kəndinə gedən yolda da sel yolu bağlayıb. Hər iki əraziyə texnika göndərilib. Komisiya sədri yolun qısa müddətdə açılacağını bildirib.
Qeyd edək ki, çayların bir tərəfindən digər tərəfinə keçməkdə müvəqqəti çətinlik yaşanıb.
Telegram kanalımız