Qubada vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Qubada vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Rəsmi

03 Aprel 2019 15:49 864


Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.

Vəkillər Kollegiyasından “Yeni Sabah”a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində aprelin 6-da saat 10-dan 13-dək Bakı şəhəri 13 saylı vəkil bürosu tərəfindən Qubadakı Gənclər Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.

Xatırladaq ki, sərəncama əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!