Qubada vəzifəli şəxs qəzada öldü

Qubada vəzifəli şəxs qəzada öldü

Hadisə

05 Fevral 2023 12:00 615


Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

"VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!