Qubadlıda məktəb açan ermənilərə Milli Qəhrəmanın oğlundan sərt mesaj

saytların hazırlanması

Evə çatdırılma

Qubadlıda məktəb açan ermənilərə Milli Qəhrəmanın oğlundan sərt mesaj

Siyasət

02 Sentyabr 2019 13:54 1115


Xəbər verdiyimiz kimi ermənilər Qubadlının işğal günündə Milli Qəhrəman Əliyar Əliyevin doğulduğu Qazyan kəndində məktəb binasının açılışını ediblər. 

“Yeni Sabah” xəbər verir ki, məsələyə münasibət bildirən Əliyar Əliyevin oğlu Emin Əliyev Moderator.az-a açıqlamasında bir gün məktəb binası da daxil olmaqla torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirib:

“Biz Qubadlıdan çıxanda dördüncü sinifdə oxuyurdum. Eybi yoxdur, qoy o şərəfsizlər məktəb açsınlar. Biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik və o məktəb də bizə qalacaq. Qazyan kəndinin qəhrəman oğlanları çoxdur və bu qisası heç vaxt düşməndə qoymayacaqlar”.  Pepperoni pizza

Qeyd edək ki, Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına şəhid olublar. O, doğulduğu Qubadlı rayon Qazyan kəndində dəfn edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!