Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olundu

saytların hazırlanması

Evə çatdırılma

Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olundu

Hadisə

23 Aprel 2022 17:33 491


Aprelin 22-də Qubadlının Teymur Müskanlı kəndində minaya düşən şəxsin ayağı amputasiya olunub.

Yenisabah.az xəbər verir ki, ağır xəsarətlər alan Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Nəsibov Bəybala Cəbrayıl oğlu Gəncə şəhərində yerləşən xəstəxanaların birinə köçürülüb.

Həkimlərin dediyinə görə, onun sol ayağı amputasiya olunub, huşu özündədir və hazırda vəziyyəti orta-ağır olaraq qalır. pizza mizza

Qeyd edək ki, B.Nəsibov ərazidə avtomobil yolunun çəkilişləri sahəsində çalışanlardan olub. O, işdən çıxıb qayıdan zaman yolda piyada əleyhinə minaya düşüb. Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!