Qubanın Buduq kəndi daxil olmaqla 4 kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
İki gün öncə yağan qar Qubanın Buduq İnzibati Ərazi Vahidliyinə tabe olan Zeyid, Qabqazma və Dağüstü kəndlərinin rayon mərkəzi ilə əlaqələri kəsilib. Buduq Bələdiyyə sədri Vaqif Həsənov açıqlamasında bildirib ki, 2 gündür 4 kəndə getmək çətinləşib.
“Bu istiqamətdə qar yollarda problem yaradıb. Yolların qardan təmizlənməsi üçün əraziyə AAYDA-nın canlı qüvvəsi və texnikaları cəlb olunub. Quba-Buduq yolunun təxminən 8-9 kilometri qarla örtülüdür. Avtomobillərin gediş-gəlişi çətinləşib", - deyə V.Həsənov bildirib. pizza hut
“Qafqazinfo”
Telegram kanalımız