Qüdrət Həsənquliyev Sərdar Cəlaloğlunu təhqir etdi

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyev Sərdar Cəlaloğlunu təhqir etdi

Siyasət

22 Dekabr 2023 11:04 2906


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə Azərbaycan Demokratik Partiyası (ADP) lideri Sərdar Cəlaloğlu arasındakı qarşıdurma özünün pik nöqtəsinə çatıb. Q.Həsənquliyevin S.Cəlaloğlunun “sən maksimum öz adını dəyişə bilərsən” fikrinə reaksiyası sərt olub.

Yenisabah.az xəbər verir ki, BAXCP liderinin mövqeyini müavini Niyaməddin Orduxanlı açıqlayıb.

N.Orduxanlı deyib ki, sədr onun ADP liderinə cavab verməsini məsləhət bilməyib. N.Orduxanlı Q.Həsənquliyevlə aralarında olan söhbətin detallarını açqılayıb:  Marqarita pizza

“Qüdrət bəyə dedim ki, Sərdar Cəlaloğlunun sərsəmləmələrinə cavab vermək istəyirəm. Dedi ki, ləyaqət hissini itirmiş şəxsə cavab vermək onu hörmətə mindirər. Çörçildən misal çəkdi: Dedi ki, Çörçil deyirdi ki, hər dəfə dayanıb yol kənarından sənə hürən itə daş atsan, mənzil başına çata bilməzsən. Bir də qardaşının həbsdə qalması üçün hər cür alçaqlıq edən adamdan nə gözləyəsən...” 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!