Qüdrət Həsənquliyevin iki silahdaşı koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Qüdrət Həsənquliyevin iki silahdaşı koronavirusdan öldü

Siyasət

11 Sentyabr 2021 13:50 1007


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli vəfat edib.

Yenisabah.az xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

Həkimlərin səyinə baxmayaraq partiya funksionerinin həyatını xilas etmək mümkün olmayıb. Y.Mehdibəyli sentyabrın 11-də səhər saatlarında dünyasını dəyişib. Pepperoni pizza

Bundan əlavə, partiyanın Qəbələ rayon təşkilatının sədri İntiqam Dadaşov da koronavirus səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, BAXCP-yə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev rəhbərlik edir.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!