Qüdsdə yeni gərginlik yaranır - “Məscidi dağıtmağı təklif edirəm“

saytların hazırlanması

Evə çatdırılma

Qüdsdə yeni gərginlik yaranır - “Məscidi dağıtmağı təklif edirəm“

Dünya

19 May 2022 17:41 957


Qüdsdə gərginlik yenidən arta bilər.

Yenisabah.az xəbər verir ki, yəhudilərin radikal milliyyətçi "Lehava" təşkilatı mayın 28-də Şərqi Qüdsə basqın etməyi və əl-Əqsa kompleksində yerləşən Qübbətüs-Səhra məscidini dağıtmağı planlaşdırır.

Təşkilatın lideri Bentzi Qopstein "Yerusəlimin azad olunmasının 55-ci ildönümü günü - mayın 28-də əl-Əqsaya hücum etməyi və Qübbətüs-Səhranı dağıtmağı təklif edirəm. Biz hazırıq", - deyə o, çağırış edib. Toyuqlu pizza

Qeyd edək ki, "Yerusəlim Günü" İsraildə rəsmi bayram kimi qeyd olunur və yəhudilər hər il İsrail bayraqları ilə Qüdsün "Köhnə Şəhər" adlanan ərazisində yürüş keçirirlər.

Öz növbəsində, "Lehava" təşkilatı fələstinlilərin İsrail ərazisindən ətraf ərəb ölkələrinə göndərilməsi tərəfdarıdır və Knessetdəki Sionist Partiyası tərəfindən dəstəklənir.

Xatırladaq ki, son dönəmlərdə radikal yəhudilər tərəfindən əl-Əqsa kompleksinə edilən basqıların sayı artmaqda davam edir. İsrail-İordaniya sazişinə görə, yəhudilərin Əl Əqsada ibadət etməsi qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!