Qulpu körpə uşağın onurğa sümüyündən hazırlanan çanta satışa çıxarıldı   – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qulpu körpə uşağın onurğa sümüyündən hazırlanan çanta satışa çıxarıldı – Fotolar

Maraqlı

24 Aprel 2020 11:14 1512


İndoneziyalı modelyer körpə onurğası və timsah dilindən hazırladığı çantanı satışa çıxarıb. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Arnold Putra adlı modelyerin məhsulu 2016-cı ildə sosial şəbəkədə satışa çıxarmasına baxmayaraq, məhsula maraq göstərən olmayıb. Son günlər bir sosial şəbəkə istifadəçisinin məhsulu paylaşıb daha sonra silməsinin ardınca çanta bütün dünyada marağa səbəb olub. 

Belə ki, çantanın özü timsah dərisindən, tutacağı isə körpə uşağın onurğa sümüyündən hazırlanıb. Çantanın qiyməti 4050 Avro (7414 manat) təşkil edir və dünyada bir dənə istehsal olunub. Həkimlərin araşdırmalarından sonra çantanın tutacağının insan sümüyündən olduğu təsdiq edilib.  pizza hut

Qeyd edək ki, bu modelyerin hazırladığı yeganə qorxunc məhsul deyil. O, sosial şəbəkə hesabında qütb ayısı dərisindən, insanın qabırğa sümüyündən hazırlanmış bir çox məhsulu satışa çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!