“Rəsulzadə böyüklüklə yazır və deyirdi ki, Cümhuriyyəti bir adamın adına çıxmaq doğru deyil, çünki onu millət yaradıb. Amma Rəsulzadənin bunu təvazökarlıqla deməyi başqadır, onun tarixdəki rolunu danmağa, böyüklüyünü qısqanmağa, adını silməyə girişmiş məmur və akademik xorunun deməyi isə tamam başqadır”.
“Yeni Sabah” xəbər verir ki, bunu əməkdar jurnalist Qulu Məhərrəmli sosial şəbəkə hesabında qeyd edib. O, bunu Tarix institutunun direktoru Yaqub Mahmudovun Rəsulzadə haqda çıxışını şərh edərkən bildirib:
“Dünən axşam radiolardan biri Rəsulzadənin 135 illiyi ilə bağlı Tarix institutunun direktoru Yaqub Mahmudovu efirə çağırmışdı. Akademiklə təxminən 10 dəqiqə Cümhuriyyət və Rəsulzadə mövzusunda danışdılar, sonra keçdilər Y.Mahmudovun elmi “şücaətlərinin” vəsfinə. Adam da o ki var özünü öydü... Bununla işim yoxdur! pizza mizza
Akademik böyük Rəsulzadə barədə bir az candərdi danışdı. Düzdür dedi ki, o, görkəmli ictimai xadimdir, amma dərhal da əlavə etdi ki, “Cümhuriyyətin banisi təkcə Rəsulzadə deyil, həm də Topçubaşov, Nəsibbəyli və Xoyskidir”. Məncə, hörmətli akademik yanılır, ya “bani” sözünün mənasını başa düşmür, ya da bizi dağa-daşa salır.
Əlbəttə, adları çəkilən möhtərəm şəxsiyyətlər Cümhuriyyətin qurulmasında, idarə edilməsində və tanıdılmasında misilsiz fədakarlıqlar göstəriblər. Bunu bir kimsə dana bilməz, amma bu, tarixin başqa səhifəsidir. Bir işin bünövrəsini, əsasını qoymaq, onun ideologiyasını hazırlayıb pillə-pillə reallaşdırmaq isə başqa bir səhifədir. Məhz müstəqillik ideyasını irəli sürdüyünə və istiqlal düşüncəsinin daşıyıcısı olduğuna görə Rəsulzadə Cümhuriyyətin banisi sayılır. Bu tarixi həqiqəti danmaq olmaz!”.
Telegram kanalımız