Qurban bayramında ət məhsullarının saxlanması ilə bağlı mühüm xəbərdarlıq verilib.
Yenisabah.az xəbər verir ki, mütəxəssislər qurban ətini dərhal paketləməyin düzgün olmadığını və sağlamlıq üçün risklər yarada biləcəyini vurğulayırlar.
Həkimlər qeyd edir ki, kəsilmiş ətin birbaşa plastik torbaya qoyulması və möhürlənməsi, ətin içərisində mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Bu isə ətdə zəhərlənmə və digər sağlamlıq problemlərinin meydana gəlməsinə səbəb ola bilər. Pepperoni pizza
Mütəxəssislərin tövsiyəsinə görə, ət əvvəlcə sərin və təmiz yerdə bir neçə saat açıq vəziyyətdə saxlanmalıdır. Daha sonra isə dondurucuya yerləşdirilərək paketlənməsi məqsədəuyğundur. Bu qayda həm ətin keyfiyyətinin qorunmasına, həm də xəstəliklərin qarşısının alınmasına kömək edir.
Həmçinin, bayram günlərində ətin təmizliyinə və saxlanma şəraitinə xüsusi diqqət yetirmək vacibdir. Ətin təzə və düzgün şəkildə hazırlanması sağlamlıq üçün ən önəmli amillərdəndir.
Aytac Əliyeva
Telegram kanalımız