Qurban Qurbanov iki futbolçunu heyətdən qovub?

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov iki futbolçunu heyətdən qovub?

İdman

28 Noyabr 2025 08:50 2454


Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” - “Qarabağ” görüşündə (2:0) gərgin anların yaşanmasından xəbərdarsız.

İtalyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun legionerləri Marko Yankoviç və Pedro Bikalyo arasında mübahisə düşüb.Onlar komanda yoldaşlarıonları sakitləşdiriblər. Əcnəbilərin niyə mübahisə etdiyi bəlli deyil. Yayılan söz-söhbətlərə görə, Qurban Qurbanov bu cütlüyü böyük miqdarda cərimələyib. Həmçinin Yankoviçlə Bikalyonun qeyri-müəyyən müddətə əsas heyətdən uzaqlaşdırdığı iddia olunur.

“Yeni Sabah” sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi monteneqrolu və braziliyalı yarımmüdafiəçilər heç bir cəriməyə məruz qalmayıb pizza hut

Mübahisə iştirakçıları, sadəcə, tənbeh edilib. Səbəbkarlar isə oyunun stressindən əsəblərinə hakim ola bilmədiklərini, söz güləşdirdiklərini söyləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!