Qurban Qurbanov Mateuşla Yankoviçi cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov Mateuşla Yankoviçi cəzalandırdı

İdman

29 Noyabr 2025 21:25 2594


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsində "Napoli" ilə matçda mübahisə edən Marko Yankoviç və Mateuş Silva barədə danışıb.

"Yeni Sabah" xəbər verir ki, təcrübəli mütəxəssis hər iki oyunçu ilə danışdığını bildirib:

"Futbolda bu cür hallar olur. Amma vacib oyunlarda emosiyalarına sahib çıxmalıdırlar. Hər iki futbolçu ilə ciddi danışmışam. Bu məsələyə diqqət ayırmışam". Dördpendirli pizza

"Onları cəzalandırmısınız?" sualına Qurbanov belə cavab verib: "Düzələr". 

Q.Qurbanov AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında iştirak etməməsi ilə bağlı da danışıb:

"Belə bir məsələ var ki, orada iştirak edən adamların hamısı iş-güc adamıdır. Belə olan halda hamını bir yerə yığmaq çətindir. 2, ya 3-cü dəfədir ki, iştirak etmirəm. Amma iclasdan əvvəl müzakirə olunan məsələlər bizə göndərilir"./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!