Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?

İdman

03 Sentyabr 2025 17:45 410


“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində yeni transfer Joni Montielin yer almamasının səbəbi bəlli olub.

Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, bu barədə mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ispaniyalı hücumameyilli yarımmüdafiəçinin hazırlıq durumu hələ ki, baş məşqçi Qurban Qurbanovu qane etmir: “Əslində baş məşqçimiz də istəyirdi ki, bu cür futbolçu heyətdə olsun, amma onun indiki hazırlıq durumu buna imkan vermir. pizza mizza

Q.Qurbanov “Karvan”la oyundan sonra da bildirmişdi ki, Montielin tam formaya düşməsi üçün müəyyən bir müddət lazımdır. Ona görə də Montielin adı iştirak ərizəsinə daxil edilməyib”.

Montieldən başqa, uzun müddət zədəli olan yarımmüdafiəçi Aleksey İsayevin də adı UEFA-ya göndərilən siyahıda yoxdur.

24 yaşlı Montiel bu yay İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!