Qurban Qurbanovdan tarixi qələbə ilə bağlı   İLK SÖZLƏR

saytların hazırlanması

Evə çatdırılma

Qurban Qurbanovdan tarixi qələbə ilə bağlı İLK SÖZLƏR

İdman

21 Yanvar 2026 23:53 1275


Qurban Qurbanov "Qarabağ" - “Ayntraxt Frankfurt” oyunundan sonra açıqlama verib.

"Yeni Sabah" xəbər verir ki, Qurban Qubranov qələbə qazandıqları oyunu belə şərh edib:

"Bizə, futbolçulara inam azalmışdı. Amma bu gün azarkeşləri stadionda görəndə futbolçular həddindən artıq motivasiyalı oldular. Bu qalibiyyət sanki azarkeşlərin haqqı idi. Hər birinə təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm. Sona kimi oyundan qorxmadılar və nizam-intizamı qoruyub saxladılar. Bu gün əsl böyük futbol idi. Hələ belə bir uğur olmamışdı. Bunu "Qarabağ" tarixinin ən böyük uğuru adlandıra bilərik. Bəlkə də hal-hazırda Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmununam, Allaha şükürlər olsun".  pizza

Qeyd edək ki, “Qarabağ” “Ayntraxt Frankfurt”la oyunda 3:2 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!