Qurban Yetirmişli: 130-dan çox təkan olub

saytların hazırlanması

Evə çatdırılma

Qurban Yetirmişli: 130-dan çox təkan olub

Sosial

06 Fevral 2019 21:25 1913


Bu gecə İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki,bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişlinin sözlərinə görə, dünən Azərbaycanda iki hiss edilən zəlzələ olub. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub: Dominos pizza

"6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz".

Şamaxı-İsmayıllı bölgəsinin tarixən seysmoloji baxımdan aktiv olduğunu xatırladan Q.Yetirmişli əlavə edib ki, dünəndən indiyə qədər 130-dan çox xırda təkan olub:

"Onlar zəif, 3 bala qədər hiss edilən təkanlar olub". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!