Qurban bayramına sayılı günlər qalıb. Bu müqəddəs bayram bütün İslam aləmində ən mötəbər təqvim günlərindən biri sayılır. Bu il o, iyunun 16-17-sinə təsadüf edir.
“Yeni Sabah”a danışan ilahiyyatçı Ağa Hacıbəyli əvvəlcə qeyd edib ki, Qurani-Kərim səmavi kitabların sonuncusudur:
"O, Peyğəmbərimizə 23 il müddət ərzində endirilib. İslamın və insanlığın səadəti üçün bu kitab özündə bütün fundamental dəyərləri ehtiva edir. Digər tərəfdən, onun təlimi üçün Allah yer və göy üzünün ən mübarək insanı Peyğəmbərimizi müəllim olaraq seçib. İslam dininin nəzəri ehkamı olan Qurani-Kərim, bir də onu yer üzündə tətbiq edən peyğəmbərimiz var. Bu kitabın verdiyi mesajlara görə, Qurban bayramı həzrəti Adəmin evinin içərisindən başlayır. Bununla bağlı Qurani-Kərimdə ayə var. pizza sifarişi
Əslində, Habil və Qabilin adı keçməsə də, Rəbbimiz qurban kimi bir ibadətin başlanğıc tarixinin insanlığın tarixindən başladığını vurğulayır. Həzrəti İbrahimin dövründə gördüyü röya haqda "Saffat" surəsində qeyd olunur".
Ağa Hacıbəyli əlavə edib: "Qurban bayramı ilə bağlı Quranda kifayət qədər ayə mövcuddur. Ona görə də, Qurban bayramının Qurani-Kərimdə qeyd olunmaması ilə əlaqədar söylənənlər boş iddiadan ibarətdir. Belə fikirlər bizim milli-mənəvi dəyərlərimizə qarşı irəli sürülən təhdiddir”.
İlahiyyatçı, həmçinin, hansı heyvanların qurban kəsilə biləcəyini də açıqlayıb:
“Qurban bir təslimiyyət günüdür. O gün heyvan yox, rəbbimizin muradını qazanmaq uğrunda qurban kəsilir. Qurani-Kərimdə də qeyd olunub ki, kəsilən qurbanın əti və qanı Allaha çatmır. İçimizdəki səmimiyyət, təslimiyyət Rəbbə çatır. Allah-Təala yer üzündəki qulunu sınayır ki, bu əziz gündə qul Allah üçün gözəllər-gözəli neməti təqdim etməyi bacarır, ya yox.
Məlumdur ki, qurbanı 4 heyvandan kəsmək olar: dəvə, camış, keçi, qoyun. Ölkəmizdə isə daha çox erkək qoyunlar qurban kəsilir. Eyni zamanda, dana da bu sıraya daxildir. Kəsiləcək heyvanı "bismillah" deyərək, üzü qibləyə yönəldirlər. Daha sonra “Allahu-əkbər” sədaları altında həmin heyvan kəsilir”.
Ağa Hacıbəyli vurğulayıb ki, bu il Qurban bayramı ölkəmizdə fərqli abu-havada olacaq:
“30 ilə yaxındır ki, Xanın kəndində, Ağdərəmizdə, Xocalımızda nə əzan səsi duyulur, nə də qurban kəsilirdi. Artıq bu illəri Ramazan ayındı oruc tutuldu və sahurlar verildi. İnşallah ki, mübarək torpaqlarımızda bu il üçrəngli bayrağımızın altında qurbanlar kəsiləcək. Milli-mənəvi dəyərlərimizi şahlandıran ibadətin varlığını bir millət olaraq orada da hiss edəcəyik”.
Aytac Şahin
Telegram kanalımız