Quru meyvələrin faydası

saytların hazırlanması

Evə çatdırılma

Quru meyvələrin faydası

Sağlamlıq

11 Dekabr 2020 09:54 1291


Amerika alimləri sübut ediblər ki, qurudulmuş meyvələr təzə məhsullardan daha çox faydalıdır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məqalə “Journal of the Academy of Nutrition and Dietetics” nəşrində dərc edilib.

Alimlərin qənaətincə, quru meyvələr təzələri qış mövsümündə müvəffəqiyyətlə əvəz edə bilərlər. Dominos pizza

Bununla bağlı keçirilən tədqiqatın nəticələri göstərib ki, quru meyvələri sevən insanlar daha möhkəm sağlamlığa malikdirlər və daha az xəstələnirlər. Alimlər demək olar, 26 min insanın qida rasionunu analiz ediblər və onların tibbi kartını təhlil edbilər.

Mütəxəssislərin sözlərinə görə, quru meyvələr karbohidratlarla, kaliumla, doymamış yağlarla zəngindir. Çünki bütün meyvələr qışa qədər qalmadığından və qiymətləri nəzərəçarpacaq dərəcədə artdığından, qurudulmuş meyvələr onları əvəz edə bilər. Onlar yaxşı qəlyanaltı ola bilər, amma unutmayın ki, quru meyvələrdə adi meyvələrdə olduğu qədər çox kalori var.

Dondurulmuş və konservləşdirilmiş meyvələr bahalı qış meyvələrinin əvəzediciləri ola bilər. Onlar bütün il boyu mövcuddur, vitamin və mineralları qoruyur və əksəriyyəti təzə meyvələrdən daha ucuzdur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!