Quru və nəm salfetlər təmizlik üçün icad edilsə də, sağlamlığa mənfi təsirləri var.
Yenisabah.az-a danışan Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev də bu iddianı təsdiqləyir:
“Mən həmişə dünyada texnologiyanın müsbət istiqamətdən daha çox zərərli yöndə inkişaf etdiyini deyirəm. Yəni insanın təbiətlə, insanın insanla normal əlaqələri pozulub. Elm daha çox insanları qırmaq səmtində irəliləyib. Söhbət elm adamlarının yox, dünyanı idarə edənlərin məqsədlərindən gedir. Dördpendirli pizza
Mən həm quru, həm də nəm salfetlərdən istifadəni məsləhət bilmirəm. Amma indi bu hal geniş yayılıb. Halbuki keçmişdə masaların üstündə əl-ağızı silmək üçün dəsmallar olardı”.
Həkim-farmakoloq quru və nəm salfetlərdən körpələrin təmizliyində istifadəni təhlükəli sayır:
“Dünyanın ən çirkin sənayelərdən biri kağız sənayesidir. Ona görə də anaları xəbərdar edirəm, salfetdən körpələrinin təmizliyi üçün istifadə edirlərsə, bundan sonra uşağın bədənini yumalıdırlar. Ola bilər ki, bu hansısa uşaqda allergiya, yaxud digər dəri reaksiyasına səbəb olsun. Çünki nəm salfetlərin tərkibi məlum deyil. Doğrudur, paketlərin üzərində onların tərkiblərinə dair məlumatlar yazılır. Amma bu məlumatlar nə dərəcədə doğrudur?!
Mən tam olaraq demirəm ki, istifadə etmək olmaz. Amma uşağa hansısa bir qıcıq, qızartı verdisə, deməli, ondan istifadə dayandırılmalıdır. Yəni valideynlər bu nüanslara fikir verməlidirlər. Çünki körpələrin orqanlarına xəstəliklər sala bilərlər.
Hazırda masaların üstündə kağız salfet qoyulması geniş yayılıb. Böyük mərasimlərdə bunu başa düşmək olar. Amma evdə kağız salfetin olması anlaşılmazdır. Bu, dəsmalla əvəz edilməlidir.
Özüm salfetdən istifadə etmirəm. Yerli istehsal olsa, o vaxt arxayın olaram. Amma çox şey xaricdən gətirilir. Malların keyfiyyəti haqqında yazılan məlumatların doğru olması suallar doğur”.
İmamət İSMAYILOVA
Telegram kanalımız