Qürur doğuran Moskva səfəri 

saytların hazırlanması

Evə çatdırılma

Qürur doğuran Moskva səfəri 

Siyasət

27 May 2023 19:49 1409


Ölkə prezidenti, cənab İlham Əliyevin 25 mayda Moskvaya səfəri və səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinin sammitində çıxışı, Rusiya prezidenti və Ermənistanın baş naziri ilə görüşü bir neçə baxımdan ölkəmizə ciddi dividentlər gətirdi. 

İlk növbədə Prezidentimiz Ali qonaq kimi iclas zalına sammitə ev sahibliyi edən Rusiyanın prezidenti Vladimir Putinlə birgə daxil oldu. V.Putinin bu jesti İlham Əliyev şəxsiyyətinə verilən əhəmiyyətli dəyər idi. Daha sonra dövlət başçımızın yüksək səviyyəli çıxışı sammit iştirakçılarında böyük məmnunluq yaratdı və bu vəziyyət Paşınyana və həm də sammiti izləyən erməni seqmentinə agır psixoloji anlar yaşatdı.

Belə bir durum özünü  Paşınyanın kəkələyə-kəkələyə sayıqlamasında da aydın şəkildə biruzə verdi. pizza hut

Preziden İlham Əliyevin Paşinyanın Azərbaycana yönələn sərsəm, iftira və hiyləgər xarakterli "replikası"na təmkinli, ağayana və tutarlı cavabı  baş naziri növbəti dəfə rəzil vəziyyətə saldı.

Açıq şəkildə bəlli oldu ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşmasında İlham Əliyev resepti həlledici rol oynayır.

Nəhayət, 20 dəqiqəlik üç tərəfli nizamlama görüşü Vaşinqton-Brüssel prosesinə V.Putinin diplomatik şəkildə "xeyir-dua" verməsi bir daha dövlət rəhbərimizin diplomatik məharətinin növbəti təntənəsi kimi tarixə düşdü.

Bu səfər hər birimizdə  növbət dəfə qürur və iftixar hissləri doğurdu.

Fəzail Ağamalı,

Millət vəkili, Ana Vətən Partiyasının sədri


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!