Quş qripi üzrə simulyasiya çalışması keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Quş qripi üzrə simulyasiya çalışması keçirilib

Rəsmi

09 Fevral 2019 00:10 957


Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı ilə “Azərbaycanda təsərrüfat quşları arasında quş qripi xəstəliyi üzrə milli inteqrə edilmiş sahə simulyasiya çalışması" aparılıb. 

“Yeni Sabah” xəbər verir ki, məqsəd xəstəliyin erkən aşkarlanması və müvafiq tədbirlərin vaxtında yerinə yetirilməsinə əminlik, quşlarda yüksək patogenli quş qripi xəstəliyinə şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması, personalın bu sahədə bilik və bacarıqlarının artırılmasıdır.

Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun idarə heyətinin sədri Sadiq Məmmədov, sədr müavini Tamilla Əliyeva Respublika Böhran Mərkəzinin nümayəndələri olaraq çalışmanı müşahidə ediblər. pizza sifarişi

Simulyasiya çalışması zamanı ehtimal olunan ocaqdan xəstəlik törədicisinin ətrafa yayılmasının qarşısını almağa yönəlmiş tədbirlər görülüb. 

Şərti olaraq qeyri-sağlam təsərrüfatın girişində dezbariyerlər və yoxlama postları yaradılıb. Yoxlama postlarına daxil olan və çıxan nəqliyyat vasitələri dezinfeksiya edilib, əraziyə girən və çıxan şəxslər haqqında məlumatlar (ad, soyad, telefon, gedəcəyi ünvan və s.) soruşularaq xüsusi cədvəldə qeyd olunub. 

Simulyasiya şərti yoluxma ərazisində aparıldığı üçün zonalar müxtəlif rəngli lentlərlə, obyektlərin adları isə posterlərlə işarələnib. 

Analizlərin sonunda Yerli Böhran Mərkəzi və Respublika Böhran Mərkəzi məlumatlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!