Qusarda canavarlar təsərrüfata hücum edərək 12 qoyunu parçaladı

saytların hazırlanması

Evə çatdırılma

Qusarda canavarlar təsərrüfata hücum edərək 12 qoyunu parçaladı

Hadisə

12 İyun 2020 11:05 680


Qusar rayonunda canavarlar vətəndaşlara məxsus təsərrüfata hücum edib.

Yenisabah.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Həsənqala kəndində qeydə alınıb. Kənd sakini Şöhrət Nemətova məxsus tövləyə girən yırtıcılar 11 qoyunu parçalayıb.

Bundan başqa, canavarlar digər kənd sakini Cavanşir Zeynalovun da bir baş qoyununu yeyiblər. Sezar pizza

Zərərçəkənlərdən birinin sözlərinə görə, hadisə gecə saat 3-4 radələrində baş verib. Yerli sakin bildirib ki, iki ay əvvəl də kənddə canavarların təsərrüfata hücumu qeydə alınıb.

Faktla bağlı müvafiq qurumlara məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!