Qusarda heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Qusarda heyvanlar peyvəndlənir

Rəsmi

01 May 2019 12:31 1109


Dövlət  Baytarlıq Xidməti (DBX) bildirir ki, Qusar rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. 

“Yeni Sabah” xəbər verir ki, qeyd olunan tədbirlər Qusar Rayon Baytarlıq İdarəsinin 15 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 88 kəndində saxlanılan 40798 baş iribuynuzlu, 83327 baş xırdabuynuzlu,1362 baş təkdırnaqlı heyvana, 111673 ədəd arı ailəsinə və 195300 baş quşa baytarlıq xidməti göstərirlər. pizza sifarişi

Cari ilin müvafiq dövrü ərzində rayonda 38326 baş iribuynuzlu, 25756 baş xırdabuynuzlu, 1057 baş təkdırnaqlı heyvanlarda və 139 baş donuzlar arasında qarayara, 4098 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövrü ərzində 821 baş iribuynuzlu heyvanda leptospirioz,  xəstəliyinə qarşı, 80746 (“H” ştammı ilə) baş quş və 269469 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Qusar rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38412 baş iribuynuzlu və 62192 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

Mart ayının ilk günlərindən isə Qusar Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.  Artıq 30272 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 8650 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında  bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1134 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 431 baş iribuynuzlu heyvanlarda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!