Ölkədə soğanın qiymətinin kəskin artması gündəmin əsas mövzularından biridir. Kənd Təsərrüfatı Nazirliyi bunu sahibkarların süni qiymət artımı ilə izah etməyə çalışsa da, məlum oldu ki, süni qiymət artıımından söhbət gedə bilməz. Problemin mənbəyi Azərbaycandan Türkiyəyə yüksək ixracın ardınca İranın Azərbaycana soğan ixracına qadağa qoyması ilə bağlıdır.
“Yeni Sabah” xəbər verir ki, İran bu qadağanı məhz onunla əlaqələndirib ki, soğan və kartofun xaricə idxalı ölkə daxilində bahalaşmaya səbəb olur. Bəs Azərbaycanın bu sahəyə cavabdeh qurumları Türkiyəyə ixracdan öncə belə bir vəziyyətin yaranacağını niyə hesablaya bilmədilər?
İqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, “ölkənin ərzaq təhlükəsizliyi qorunmur” deyəndə, hökumət ideoloqları özlərini lezvalayırdı ki, bizdə ərzaq təhlükəsizliyi yüksək səviyyədə təmin edilib: “Budur, İran Azərbaycana kartof və soğan ixracına qadağan qoyub. Heç bir siyasi səbəb yoxdur. Sadəcə İran hesab edir ki, kartof və soğanın kütləvi ixracı öz ölkəsində bu məhsuların qiymətinin bahalaşmasına səbəb olub. Dördpendirli pizza
Bizim “peşəkar” hökumət isə Türkiyədə soğan qıtlığı yaranan kimi ixracı qapılarını taybatay açdı ki, ölkəyə valyuta gəlsin. Bir qrup fermer varlandı, toplum isə bahalı soğan yemək məcburiyyətində qaldı. Quzunu qucağa alıb şəkil çəkdirməklə ərzaq təhlükəszliyi təmin edilmir, bir az bazar konyukturunu tutan kafa da lazımdır”.
Telegram kanalımız