Rafael Ağayev daha bir medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Rafael Ağayev daha bir medal qazandı

İdman

22 Aprel 2019 00:48 1014


Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) "Karate 1" seriyasından Premyer Liqa turniri başa çatıb.

Karateçimiz Rafael Ağayev (75 kq) yarışın bürünc medalını qazanıb. Fransalı idmançı Loqan Da Kostaya həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn idmançımız dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib.

Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər. pizza

"Karate 1" seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!