Rafael Ağayev Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib.
İkinci görüşündə çənəsindən zədələnən R.Ağayev (75 kq) sonrakı iki qarşılaşmasında da qalib gəlib. Final qarşılaşmasını karateçimiz turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə keçirəcək. Daha üç idmançımız, Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici görüşlərə qatılsa da, medal qazanmaq şansının əldən veriblər.
Bu gün daha 10 idmançımız mübarizəyə qatılacaq. Turnirin qalibləri yanvarın 27-də məlum olacaq.
Telegram kanalımız