Rafael Ağayev finalda

Rafael Ağayev finalda

İdman

29 Mart 2019 19:51 1367


İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib. 

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan milli komandasının və "Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında  Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb. O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək. Həlledici qarşılaşma martın 30-da baş tutacaq. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq.

Qeyd edək ki, 5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarında daha 5 bürünc mükafata yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!