Rafael Ağayev medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Rafael Ağayev medal qazandı

İdman

18 Fevral 2019 00:03 1074


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Premyer Liqa turnirinin son yarış günü başa çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu gün Azərbaycan karateçiləri 4 medal uğrunda mübarizə aparıblar. İrina Zaretska (-68 kq) qızıl medala, Rafael Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq), eləcə də İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası isə bürünc mükafata sahib olmaq üçün tatamiyə çıxıb. R. Ağayev bürünc medal qazanıb.

Dünya Karate Federasiyasının (WKF) nüfuzlu Karate1 Premyer Liqa seriyasından mövsümün ikinci mərhələsində 86 ölkədən 737 karateçi iştirak edir. İdmançılarımızın çıxışlarından nəticələr "Əl-Vəsl" idman klubunun arenasından təqdim edilib.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!