Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşovun vəziyyəti normallaşıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ATV-nin efirində məlumat verilib.
Məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasından bildirlib ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq". Pepperoni pizza
Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında Xalq artisti Rafael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.
Telegram kanalımız