"Dinimizə görə səhura qalxmaq, obaşdanlıq yeməyi yemək vacib deyil. Ancaq Ramazanda səhura qalxmaq, obaşdanlıq yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir".
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. C.Məmmədov qeyd edib ki, dinimizə görə Səhura qalxmaq orucu bərəkətli edir: "Məhəmməd Peyğəmbər (s) bu barədə buyurub: "Səhur yeməyini yeyin! Həqiqətən də obaşdanlıq yeməyində xeyr-bərəkət vardır.” Gəlin bu xeyr və bərəkətdən özümüzü məhrum etməyək".
Alim vurğulayıb ki, bəzən insanlar müxtəlif səbəblərdən səhura qalxmadan, obaşdanlıq yemədən oruc tuturlar. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Əgər çox ciddi səbəb yoxdursa, dinimiz bu əməli bəyənmir: "Gəlin özümüzdə səhura qalxmaq, obaşdanlıq yeməyi yemək vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək. Allah bütün dua və orucları qəbul etsin, dövlətimizi, xalqımızı və ölkə başçımızı qorusun!" pizza mizza
Əsmətxanım
Telegram kanalımız