Ramazan ayının bilmədiyiniz tərəfləri 

saytların hazırlanması

Evə çatdırılma

Ramazan ayının bilmədiyiniz tərəfləri 

Din

29 Fevral 2024 11:01 5400


İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. 

Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani-Kərim nazil olub. 

Ramazan ayının tarixi, yaranması və müsəlmanlar üçün əhəmiyyəti barədə ilahiyyatçı Növrəstə İbrahimova Yenisabah.az-a danışıb. İlahiyyatçı Ramazanın fəzilətlərindən danışıb. pizza sifarişi

“Həzrəti Əli əleyhissəlamın bir neçə hədisi-şərifində bu cür bayramlarla bağlı ona suallar verilib. O cavab verib ki, əgər peyğəmbər ümməti və imamların haqq olduğuna inanan inanclı kəslər bu cümlənin ucundan tutub həyatlarını düzüb-qoşsalar, həqiqətən dünya və axirətin xoşbəxti olarlar. 

Həzrəti Əli əleyhissəlam buyurub ki, günah etmədiyim hər gün mənim üçün bayramdır. Çünki həmin günlərin mənə bağışladığı xoş əhvalı başqa günlərdə tapa bilmirəm. Mən də Uca Allahdan arzu edirəm ki, bütün xalqımıza, peyğəmbər ümmətinə və Allah bəndələrinə ki, onlar da heç günah etməsinlər və hər gün onlar üçün bayram olsun. 

Ramazana Allah özü bu adı verib, deyib 11 ayın sultanıdır. Çünki Allah-Təala 11 ayda bütün bəndələrdə olan pis vərdişləri, narahat işləri, böyük-kiçik günahların hamısını həmin 1 ayda yandırıb külə döndərir”. 

Növrəstə İbrahimova Ramazan sözünün hərfi mənası barədə məlumat verib.

“Özüm Ramazan sözünün 2 hərfi mənasını şəxsən lüğətdən tapmışam. Ramazan sözünün mənası od deməkdir. Od hər şeyi yandırar, külə döndərər. 

Amma Ramazan bəndələrin günahlarını yandırıb külə döndərir ki, bəndə digər aylar üçün azad olsun. Ramazan sözünün ikinci mənası Allah tərəfindən göndərilmiş leysan deməkdir. Çünki başqa yağışlardan leysanın çox fərqi var. Leysan yağış yağanda sanki təbiətdəki daş-divarlar, ağaclar və otlar təmiz, pak libas geyinir. Yəni bəndələr də həmin bir ayda oruclarını ixlasla tutsalar və Allahın qadağan etdiyi prinsiplərin heç birisini yerinə yetirməsələr, uzaq olsalar, Allahın halal buyurduqlarını yerinə yetirsələr Uca Yaradan həmin 30 gün müddətində onların keçmiş günahlarını da əfv edir. 

Ramazan yeganə aydır ki, şeytanın qolu zəncirlənir, bəndələrə yaxın düşə bilmir. Allah-Təala burada mühüm bir cümləni bəndələr üçün vurğulayır ki, bəndələr onu unutmasın. Allah buyurur ki, ruhuna, mənəviyyatına və cisminə zərər verən pis vərdişlərdən bu 1 ayda səni uzaqlaşdırmaq yaradanın sənə olan misilsiz bir lütfüdür. Bu onun mərhəmətidir ki, yerdə qalan 11 ayı salamat yaşayasan. Həm cismini, həm də ruhunu pis əməllərdən qoruyasan. Növbəti Ramazanda ölməsən, sağ qalsan mənim qarşıma üzüqara və utancaq vəziyyətdə çıxmayasan. 

İlahiyyatçı xanım oruc tutanlara müraciət edərək, arıqlamaq və digər səbəblərdən bunu etməyin böyük günah olduğunu vurğulayıb.

“Mən bir ilahiyyatçı kimi xalqıma gözəl bir tövsiyyəni çatdırmaq istəyirəm. Bu ayı çox böyük təm-təraqla qarşılayın. Sanki dünyada sizin üçün bundan gözəl ay, bundan gözəl bayram yoxdur. Bu ayda gözəl oruc tutmağı və bütün keçmiş günahları ayaq altına qoyub Allahdan bağışlanmağınızı diləyin və yenidən həmin günahı etməyin. 

Mən də bu gözəl bayramın gəlməsi münasibəti ilə, bütün dünyaya, ölkəmizə və xalqımıza sülh və əmin-amanlıq arzulayıram. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 

Yaralı qazilərimizə tezliklə şəfa diləyirəm. İnsanlarımıza bildirmək istəyirəm ki, orucları sırf Allaha xatir tutun. Arıqlamaq və başqa niyyətlər olsa, bu oruc sayılmayacaq. 

Əgər xalqımız orucu belə tutsa, inşallah onların oruclarının qəbul olunmasında heç bir şəkk-şübhə olmayacaq. Uca Allah bizim orucumuzu qoruyub, daim düşmən, nankor və kafirlər üzərində orucumuzu qalib və müzəffər etsin, amin inşallah!”

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!