Ramazan ayının ikinci gününün duası  - İmsak və iftar vaxtı

Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı

Din

02 Aprel 2022 23:46 909


Sabah Ramazan ayının ikinci günüdür.

Yenisabah.az xəbər verir ki,  sabah üçün imsak vaxtı saat 04:55, iftar vaxtı isə 19:21-ə təyin olunub.

İmsak duası:

“Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla ey aləmdəkilərin mə'budu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.

İftar duası:

"İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

Allah orucunuzu qəbul etsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!