Ramazan bayram deyil, aydır, yəni bildiyimiz təqvim…

saytların hazırlanması

Evə çatdırılma

Ramazan bayram deyil, aydır, yəni bildiyimiz təqvim…

Din

20 Aprel 2023 16:41 4948


Artıq Ramazan ayı - İslam dininin vacib əməllərindən hesab olunan orucluq başa çatır.  Bilirəm ki, hər biriniz bu barədə kifayət qədər məlumatlısınız. Sadəcə təkrarda fayda var deyə, bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm. 

Bəzən təbrik statuslarında, mesajlarda “Ramazan bayramınız mübarək” deyə mətnlərə rast gəlirik. Əslində Ramazan bayram deyil, aydır, yəni bildiyimiz təqvim… Bu ayın içərisində biz oruc tuturuq. Ona görə, tövsiyyə olunur ki, bir-birimizi Fitr bayramı münasibətilə təbrik edək.  Yəni, ərəbcə bayrama “iyd” deyilir və bu sözün kökü “ud”, yəni qayıdış mənasını ehtiva edir. “Fitr” kəlməsi həm də “orucu açmaq” “orucu başa vurmaq” mənasını daşıyır.

Fitr bayramı namazı ilə bağlı məzhəblərdə fərqli yanaşmalar var.  pizza

Məsələn, şiə alimləri iddia edir ki, İmamın (ə) insanların arasında olduğu dövrdə fitr bayramı namazı vacibdir və camaatla qılınmalıdır. Hazırda yaşadığımız dövürdə İmam (ə) yoxdur, ona görə də Fitr bayramı namazı  müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar. Məsciddə camaatla birgə qılmaq isə bəyəniləndir. 

Fitr bayramı namazının vaxtı bayram günü günçıxandan zöhr namazının vaxtınadək qılınmalıdır. Çox sadə namazdır: sübh namazı kimi iki rükət, yalnız birinci rükətin qunutunda 5, ikinci rükətin qunutunda isə 4 dəfə istədiyiniz duanı oxuya bilərsiniz.  

Həzrət Əli (ə) buyurur: “Allaha qarşı günah edilməyən gün bayramdır”.

Allah-Təala dövlətimizi əbədi və güclü, millətimizi isə günahlardan, xəstəliklərdən, çətinliklərdən hifz etsin. 

Amin! 

Niyaz Niftiyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!